standart külçələr

London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) və London Platin və Palladium Bazarı (LPPM) iştirakçılarının müəyyən etdiyi beynəlxalq keyfiyyət standartlarına (London good delivery) cavab verən bank metalı külçələri

standart
standartlaşdırma
OBASTAN VİKİ
Standart
Standart (ing. standard — norma, nümunə) — sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. == Ümumi məlumat == İnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul (iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsiziliyinə inam yaradır. Standartlaşdırma — məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır: məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini; məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını; məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini; ölçmələrin dəqiqliyini və vəhdətini; bütün növ resursların qənaətini; təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini; ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını; istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını. == Standart növləri == Aşağıdakı standart növləri vardır.
Standart Model
Standart Model — hissəciklər fizikasına aid nəzəriyyədir. Standart Model (SM) fundamental qarşılıqlı təsir qüvvələrini və bu qüvvələrdə elementar hissəciklərin rolunu öyrənir. Standart Model nəzəriyyəsinə görə Kainatdakı bütün materiya fermionlardan (kvarkların və leptonların aid olduqları hissəciklər ailəsi) yaranmışdır. Məsələn, proton iki yuxarı və bir aşağı kvarkdan ibarətdir. Fermionlar bir birinə qarşılıqlı təsir qüvvələri vasitəsilə təsir edirlər. Məsələn, protonun ibarət olduğu kvarklar bir birilə güclü qüvvə (ingiliscə, strong force) adlanan təsirlə bağlıdırlar. Belə ki, güclü qüvvə protonu hissələrə bölünməyə qoymur. Belə qarşılıqlı təsir qüvvələrinin sayı dörddür: elektromaqnetizm, qravitasiya, zəif nüvə qüvvəsi, güclü qüvvə. Bu qarşılıqlı təsir qüvvələri boson adlanan (fotonun da daxil olduğu hissəciklər qrupu) hissəciklərlə keçir (və ya daşınır). Məsələn, protonun hissələri arasındakı güclü qüvvə qluon adlanan boson vasitəsilə keçir.
Standart meyillənmə
Standart meyillənmə (və ya orta kvadratik meyillənmə)- ehtimal nəzəriyyəsində və statistikada təsadüfi dəyişənlərin səpələnməsi üçün istifadə olunan ən geniş yayılmış göstəricidir. Təsadüfi dəyişənin vahidində ölçülür. Qiyməti dəyişənin (parametrin) dispersiyasının (σ2) kökünə bərabərdir. Standart meyillənmədən orta arifmetik qiymətlərin satandart xətalarının hesablanmasında, inam intervallarının təyinində, hipotezlərin statistik yoxlanmasında, təsadüfi dəyişənlər arasında xətti asılılıqların ölçülməsində istifadə olunur. Standart meyillənmə s ilə işarə olunur və belə hesablanır: s = n n − 1 σ 2 = 1 n − 1 ∑ i = 1 n ( X i − X ¯ ) 2 {\displaystyle s={\sqrt {{\frac {n}{n-1}}\sigma ^{2}}}={\sqrt {{\frac {1}{n-1}}\sum _{i=1}^{n}{(X_{i}-{\bar {X}})^{2}}}}} burada, x i {\displaystyle x_{i}} seçmənin i-ci elementidir, X ¯ {\displaystyle {\bar {X}}} - seçmənin ədədi ortası, n- seçmənin həcmidir. X ¯ {\displaystyle {\bar {X}}} - aşağıdakı düsturla hesablanr: X ¯ = 1 n ∑ i = 1 n X i {\displaystyle {\bar {X}}={\frac {1}{n}}\sum _{i=1}^{n}{X_{i}}} Seçmə dedikdə aparılmış ölçmələrin içərisindən statistik analiz üçün qrup şəklində seçilmiş ölçülər nəzərdə tutulur. Seçmə təsadüfi, sistematik və ya qarışıq (random) üsullarla aparıla bilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
Standart silah
Standart silah (İdman tapançası) — güllə atıcılığı dövrü, rəqabət tələblərinin qaydalarına uyğun halqa atəşi ilə 25 metr məsafədə atəş açmaq üçün nəzərdə tutulmuş bir tapança nəzərdə tutur. Əsas məhdudiyyətlər: nişan xəttinin uzunluğu, zəifliyin çəkilməsi və sapı üçün tələblər. == Nişan xəttinin görünüşü və uzunluğu == Yalnız açıq yerlərə icazə verilir. Nişan xəttinin uzunluğu 220 mm-dən artıq olmamalıdır. == Çəki == Rəqabət qaydalarına əsasən bir idman tapançası maksimum kütləsi 1400 qram olmalıdır. Ən az tənzimlənən kütlə yoxdur. Bununla belə, qeyd etmək lazımdır ki, bir idman tapançası halda, texniki olaraq 1000 qr az ola bilməz. Atışın güclü təsiri ilə əlaqədar tapança mövqeyinin sabitliyi müəyyən bir kütlə tələb edir. Üstünlük kütləsi ox kütləsinin fərdi xüsusiyyətlərinə uyğun olaraq dəyişilməsinə imkan verən modellər ilə təmin edilir. == Sapı == Əsas tələblərdən biri tapança sapını mil sümüyünə kimi uzatma halları olmamalıdır.
Standart çincə
Standard Çin dili, Putonghua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində Pǔtōnghuà (普通話) ("Ümumi Ləhcə") Guóyǔ (國語) olaraq ("Milli Dil") Çin Respublikasında (Tayvanda yəni), Malayziya və Sinqapurda Biǔozhǔn Huáyǔ (標準 華語) ("Standart Çin dili") olaraq bilinir.Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ)Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş)Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
İkili standart
Insanlar və insan qrupları arasında ayrı-seçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaq. == Məzmun == İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq. == Misallar == Kişi və qadın arasında eyni hüquqların tanınmaması İrqi ayrı-seçkilik Etnik ayrı-seçkilik Dini ayrı-seçkilik Və s.Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci düzəliş ikili standarta bariz nümunə sayılır. == Sözlərlə ifadə == Görülən bir işin və ya işi görən insanın iki tərəf arasında fərli şəkildə adlandırılması baş verir. Məsələn: Zəbt etmək, işğal etmək və azad etmək Separatizm və milli-azadlıq hərəkatı Terrorist və partizan, fədai Casus və kəşfiyyatçı Və s.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. == Tarixi == XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir. Beləliklə, uzun müddət iki Azərbaycan ədəbi dili mövcud olmuşdur. Birincisi, Azərbaycan dilinə əsaslanırdı və əsasən Azərbaycan aşıq sənətində istifadə edilirdi. İkinci Azərbaycan ədəbi dili isə Azərbaycan dili elementləri ilə ərəb və fars dillərinə əsaslanırdı və hüquq ədəbiyyatında, tarixi əsərlərdə və s. istifadə edilirdi. Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra ədəbi dil iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi. Artıq XIX əsrin ortalarında Bakı və Şamaxı dialektləri əsasında müasir Azərbaycan ədəbi dili formalaşmışdır.
Standart Çin dili
Standard Çin dili, Putonghua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində Pǔtōnghuà (普通話) ("Ümumi Ləhcə") Guóyǔ (國語) olaraq ("Milli Dil") Çin Respublikasında (Tayvanda yəni), Malayziya və Sinqapurda Biǔozhǔn Huáyǔ (標準 華語) ("Standart Çin dili") olaraq bilinir.Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ)Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş)Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Yaponiya standart vaxtı
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nixon Xyo:dzündzi və ya中央標準時 Tyu:o: Xyo:dzündzi) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri
Beynəlxalq Standart Eyniləşdirmə Nömrələri (İSBN, İSMN, İSSN, İSAN və İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin, audivizual əsərlərin, audio və ya videoyazıların eyniləşdirməsini təmin edən unikal rəqəmli kodlar. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Beynəlxalq Standart Seriya Nömrəsi
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
ISA (Industry Standart Architecture)
ISA (Industry Standart Architecture) <ay-sa> – IBM PC/XT kompüterlərinin genişləndirmə yuvalarına kart taxmaqla sistemə müxtəlif qurğular artırmağa imkan verən şinin qeyri-rəsmi adı. İlkin olaraq 8-bitlik verilənlər kanalına malik olan ISA standartı 1984-cü ildə genişləndirilərək (IBM’in PC/AT modelində) 16-bitlik verilənlər kanalına çevrildi. Adətən, ISA genişləndirmə yuvalarının (8-bitlik və 16-bitlik) özlərinə aid edilir. 16-bitlik yuva faktiki olaraq bir-birinə qarşı quraşdırılmış iki ayrıca genişləndirmə yuvasından ibarət olur, deməli, bir 16-bitlik kart iki yuvaya taxılır. 8-bitlik genişləndirmə kartı 16-bitlik yuvaya taxıla və istifadə edilə bilər, 16-bitlik kartı isə 8-bitlik yuvaya qoymaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
весе́лье кани́стра осужде́ние подвесели́ться припора́шивать пристра́ивать сосно́вый неси́льно обрыва́ться пройти́сь шко́т косный black-wash geomagnetical storm grille nightspot purfle ranking rattle revised tea-pot ungarnished притаскиваться садовник тиковый